Bu, Azərbaycan həyata keçirilən siyasətin uğuru kimi qiymətləndirilməlidir - DEPUTAT AÇIQLADI

30 Noyabr 2021 17:05 (UTC+04:00)

“Soçidə baş tutan üçtərəfli görüş çox böyük əhəmiyyət kəsb edir. Bu görüş bu gün həm ölkəmiz üçün, həm də bölgədəki stabillik, iqtisadi inkişaf və sülh baxımından çox önəmlidir". Bu sözləri SİA-ya açıqlamasında deputat Jalə Əliyeva deyib.

Onun sözlərinə görə, görüşdə müzakirə edilən məsələlərin hər biri əlbəttə ki, bölgə insanının daha yaxşı yaşamasına və bölgədə əmin-amanlığın təmin edilməsinə yönəlib: "Bu aspektdən Azərbaycanın mövqeyi bir daha ən üstün mövqe kimi qiymətləndirilməlidir. Soçi bəyannaməsi bir daha Azərbaycanın həm diplomatik aləmdə, həm də sərhəddə bir daha növbəti bir uğuru, zəfəri kimi qiymətləndirilməlidir. Bildiyimiz kimi 44 günlük Vətən müharibəsində əldə etdiyimiz zəfərdən sonra bizim ən böyük hədəfimiz Zəngəzur dəhlizinin açılması və fəaliyyət göstərməsidir. Bu fəaliyyətdəki bölgə ölkələrinin Azərbaycanı dəstəkləməsi, konkret olaraq Soçi görüşündə Vladimir Putin tərəfindən dilə gətirilən ifadələr birbaşa Azərbaycana olan etimad kimi qiymətləndirilməlidir. Ümumiyyətlə bu Azərbaycanda həyata keçirilən siyasətin uğuru kimi və birbaşa ölkə prezidenti İlham Əliyevin dəmir yumruğunun əhəmiyyətli bir nümunəsi kimi qiymətləndirilməlidir".

Arzu Qurbanzadə