Hərbi helikopterin qəzaya uğradığı yerdən görüntülər VİDEO

30 Noyabr 2021 16:39 (UTC+04:00)

Bu gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb.

Dövlət Sərhəd Xidmətindən SİA-ya verilən məlumata görə. hadisə nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.

Hadisənin baş verdiyi yerdən görüntüləri təqdim edirik: