Azərbaycanda 1678 nəfər COVID-19-a yoluxub

30 Noyabr 2021 16:36 (UTC+04:00)

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 678 yeni yoluxma faktı qeydə alınıb, 1 934 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan SİA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 23 nəfər vəfat edib.