İnsanların içinə müxbirə təcavüz etdi

30 Noyabr 2021 16:31 (UTC+04:00)

İtaliyada canlı yayım zamanı idman müxbirinə cinsi təcavüz edən futbol azarkeşi 3 il müddətinə stadiondan kənarlaşdırılıb. Cinsi təcavüzlə bağlı istintaq başlanılan təcavüzkarın günahı sübuta yetirilərsə, onu 12 ilə qədər həbs cəzası gözləyir. SİA xarici mətbuata istinadən xəbər verir ki, müxbir Qreta Bekkaqliya canlı efirdə açıqlama verərkən arxadan bir adamın təcavüzünə məruz qalıb. Bekkaqliya ona əl ilə cinsi təcavüz edən təcavüzkara “Bağışlayın, bunu edə bilməzsiniz” deyərək reaksiya verib. Bekkaqliyanın şikayəti əsasında təhlükəsizlik qüvvələri zorakılıq edənin kimliyini müəyyən edib. Sözügedən şəxs 45 yaşlı restoran meneceri Andrea Serranidir. Serrani açıqlamasında “Bunu niyə etdiyimi bilmirəm, üzr istəyirəm” deyib.