Türkiyə Müdafiə Nazirliyi Azərbaycana başsağlığı verib

30 Noyabr 2021 14:30 (UTC+04:00)

Türkiyə Milli Müdafiə Nazirliyi helikopter qəzasına görə Azərbaycana başsağlığı verib.

SİA-nın məlumatına görə, bu barədə nazirliyin "Twitter" səhifəsində paylaşım edilib.

"Qardaş Azərbaycanda Dövlət Sərhəd Xidmətinə aid bir helikopterin qəzaya uğraması xəbərini kədərlə öyrəndik. Bu hadisədə itirdiyimiz şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza şəfa, bütün azərbaycanlı qardaşlarımıza başsağlığı verir və səbir diləyirik", - paylaşımda qeyd olunub.

Qeyd edək ki, bu gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Qəza nəticəsində helikopterin heyəti arasında həlak olanlar və yaralananlar var.