Bir gündə COVID-19-dan 561 nəfər ölüb - UKRAYNADA

30 Noyabr 2021 12:18 (UTC+04:00)

Ukraynada son sutkada koronavirusa təsdiq olunmuş yoluxma sayı daha 10 554 nəfər artıb. Bununla da yoluxanların ümumi sayı 3 438 381 nəfərə yüksəlib. Bu barədə SİA UNİAN-a istinadə xəbər verir.

Bununla yanaşı, ölkədə gün ərzində COVID-19-a yoluxmuş 561 nəfər ölüb, beləliklə, Ukraynada bu səbəbdən ölənlərin ümumi sayı 85 975 nəfərə çatıb.

Ötən gün infeksiyaya yoluxmuş 25 318, ümumilikdə isə 2 946 032 nəfər xəstəlikdən sağalıb sağalıb. Hazırda ölkədə 406 374 nəfər koronavirus xəstəsi var.