Ermənistanda koronavirusdan ölənlərin sayı 7 567-yə çatıb

30 Noyabr 2021 11:23 (UTC+04:00)

Ermənistanda daha 398 nəfərdə koronavirus aşkarlanıb. SİA-nın xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Ermənistanda COVID-19-a yoluxanların ümumi sayı 338 518 nəfərə yüksəlib.

Bildirilib ki, son sutkada ölkədə koronavirusdan 32 nəfər ölüb. Bununla da ölənlərin sayı 7 567-yə çatıb.