Qadın inəklə evləndi - TOY GÜNÜ NƏ BAŞ VERDİ?

30 Noyabr 2021 10:04 (UTC+04:00)

Kambocada 74 yaşlı bir qadın ərinin inək kimi reinkarnasiya edildiyinə inanır. Kratie rayonunda yaşayan 74 yaşlı Khim Hanq inəyin onu öpdüyünü və pilləkənlərlə yuxarı qalxdığını bildirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, inəyin də "əri ilə eyni xarakterə" sahib olduğunu ifadə edən Hanq, bu səbəbdən heyvanla evlənməyə qərar verdiyini ifadə edib. Kənd sakinləri bildiriblər ki, Hanq mərasimlə inəklə evlənib. "The Sun" qəzetinin yazdığına görə, Hanq mərhum ərinin istifadə etdiyi yastıqlardan inək üçün çarpayı da düzəldib. "Reuters"ə danışan Hanq, "İnəyin mənim ərim olduğuna inanıram, çünki o nə etsə, bu inək də eynisini edir" deyib.