"Artıq NATO rəsmiləri kobud danışırlar..."

30 Noyabr 2021 08:27 (UTC+04:00)

Son illər NATO nümayəndələrinin ritorikası kəskin şəkildə dəyişib.

SİA xəbər verir ki, bunu "Roskosmos"un baş direktoru Dmitri Roqozin bildirib.

"Mən 2008-2011-ci illərdə Brüsseldə Rusiyanın NATO yanında Daimi Nümayəndəliyinə rəhbərlik edəndə heç bir NATO rəsmisinin ağlına da gəlməzdi ki, bizə belə bir söz desin. İndi onlar daim kobudluq edir və başqalarını Rusiyaya münasibətdə nitqlərin aqressiv tonu və məzmununa öyrədirlər", - Roqozin qeyd edib.