Dəniz suları İzmiri ağuşuna alıb

30 Noyabr 2021 08:02 (UTC+04:00)

Türkiyənin İzmir şəhərində baş verən fırtına nəticəsində Karşıkaya rayonunda Egey dənizi daşıb. SİA bu barədə türk mətbuatına istinad edir.

Dəniz sularının tramvay xəttinə dolması səbəbi ilə tramvayla gediş-gəlişlər ləğv edilib.

Saatda 110 km sürətlə hərəkət edən qasırğaya görə dəniz səyahətləri də təxirə salınıb.