30 Noyabr – Ümumdünya Ev Heyvanları Günüdür

30 Noyabr 2021 07:51 (UTC+04:00)

SİA xəbər verir ki, hər il noyabrın 30-u bir çox ölkələrdə Ümumdünya Ev Heyvanları Günü (World Day Pets) qeyd olunur. Bu günün təsis olunması ideyası Təbiətin qorunması hərəkatı tərəfdarlarının 1931-ci ildə Florensiyada (İtaliya) keçirilən Beynəlxalq konqresində səslənmişdir. Həmin vaxtdan bu bayram dünyanın bir çox ölkələrində qeyd olunur və insanlar tərəfindən ev heyvanlarına çevrilən “balaca dostlarımıza” görə bütün bəşəriyyətin cavabdeh olduğunu xatırladır.

Təsadüfi deyil ki, bu günün devizi Antuan de Sent Ekzüperinin məşhur əsərinin qəhrəmanı Balaca Şahzadənin bütün insanlara ünvanlanmış sözləridir: “Sən əhliləşdirdiklərin üçün hər zaman cavabdehsən”.

Bu günlə əlaqədar keçirilən tədbirlər çox rəngarəng və müxtəlifdir və hər bir ölkədə fərqli şəkildə düzənlənir. Bu günün hansı şəkildə qeyd edilməsindən asılı olmayaraq, əsas məqsəd insanları ev heyvanlarının problemlərinə biganə qalmamağa çağırmaqdır.