Suriyanın şimalında 3 terrorçu zərərsizləşdirilib

30 Noyabr 2021 07:44 (UTC+04:00)

Suriyanın şimalında bölücü terror təşkilatı PKK/YPG üzvü olan 3 terrorçu zərərsizləşdirilib.

SİA xəbər verir ki, Türkiyənin Milli Müdafiə Nazirliyindən (MSB) verilən açıqlamada İraqın şimalında olduğu kimi Suriyanın şimalındakı PKK/YPG terrorçularına qarşı əməliyyatların davam etdiyi bildirilib.

Bəyanatda Qəhrəman komandolarımız hücuma hazırlaşan 3 PKK/YPG terrorçusunu “Sülh çeşməsi” əməliyyatı bölgəsində 1, "Fərat qalxanı" bölgəsində isə 2 terrorçunu zərərsizləşdirib” ifadələri yer alıb.

Qeyd edək ki, Suriyanın şimalı Türkiyə Silahlı Qüvvələri (TSQ) tərəfindən 2017-ci ildə “Fərat qalxanı” və 2019-cu ildə “Sülh çeşməsi” əməliyyatı ilə terrordan təmizlənib.