Peruda zəlzələdən ölənlərin sayı artır

30 Noyabr 2021 06:00 (UTC+04:00)

Peruda bazar günü baş verən zəlzələ zamanı üç yaşlı uşaq ölüb.

SİA xəbər verir ki, bu barədə Amasonas səhiyyə departamentinin rəhbəri Elias Boorkes bildirib.

“Bizim bir qurbanımız var – üç yaş 10 aylıq uşaq”, – o deyib.

Boorkesin sözlərinə görə, zəlzələ zamanı uşaq dağıntılar altında qalaraq aldığı xəsarətlərdən dünyasını dəyişib. Faciə Kondorkanki əyalətində baş verib.

Daha əvvəl Peru hakimiyyəti yalnız zəlzələ qurbanları haqqında məlumatlara malik idi. Boorkesin sözlərinə görə, təbii hadisə zamanı 16 nəfər yaralanıb. Zəlzələ 100-dən çox evi dağıdıb, 1 000-dən çox binaya ziyan dəyib.