Yaponiya yenidən sərhədlərini bağlayıb

30 Noyabr 2021 04:29 (UTC+04:00)

Daha bir ölkə “omikron” ştammının yayılmasının qarşısını almaq üçün tədbirlər görür.

SİA-nın xəbərinə görə, bu gündən etibarən Yaponiya əcnəbilərin ölkəyə girişinə qadağa tətbiq edib.
Hökumətin qərarına əsasən bir neçə həftə əvvəl tətbiq edilmiş yumşalmalar ləğv olunub. Ölkədə yeni ştamm hələ ki aşkar edilməyib.