ÜST-dən “omikron”la bağlı daha bir xəbərdarlıq

30 Noyabr 2021 03:05 (UTC+04:00)

Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun “omikron” ştammının bütün dünyada yayılması ehtimalının yüksək olması ilə bağlı xəbərdarlıq edib.

SİA-nın xəbərinə görə, qurumun 194 üzv ölkəyə tövsiyəsində qeyd olunur ki, bəzi yerlərdə yoluxma sayının artması ciddi fəsadlara gətirib çıxara bilər.

Bildirilir ki, “omikron”un çoxsaylı mutasiyaları var, onların bəziləri narahatlıq doğurur. Təşkilat üzv ölkələri vaksinasiya prosesini sürətləndirməyə çağırıb.