Zelenski Aleksandr Rusnakı işdən çıxarıb

30 Noyabr 2021 02:32 (UTC+04:00)

Ukrayna Prezidenti Volodimir Zelenski Təhlükəsizlik Xidmətinin əks-kəşfiyyat şöbəsinin rəhbəri Aleksandr Rusnakı vəzifəsindən azad edib.

SİA xəbər verir ki, müvafiq sərəncam dövlət başçısının saytında dərc edilib.

Qərarın səbəbləri açıqlanmır.

Qeyd edək ki, Rusnak 2019-cu ilin sentyabrında şöbə müdiri təyin edilib.