Stoltenberq Rusiya ilə dialoqa inandığını bildirib

30 Noyabr 2021 01:46 (UTC+04:00)

NATO-nun baş katibi Yens Stoltenberq bazar ertəsi alyansın Rusiya ilə dialoqunun mümkün olduğunu, lakin eyni zamanda Moskvaya qarşı ümumi məhdudlaşdırma siyasətinin tərəfdarı olduğunu deyib.

SİA xəbər verir ki, o, Latviyadakı hərbi bazaya səfəri zamanı yerli jurnalistlərə bildirib ki, təmsil etdiyi alyans müharibə tərəfdarı deyil.

"Mən Rusiya ilə dialoqa inanıram, o bizim qonşumuzdur. Yarana biləcək potensial riskləri azaltmalıyıq", - deyə Stoltenberq bildirib.