Bakıda yaşlı qadını avtomobil vurub

30 Noyabr 2021 01:30 (UTC+04:00)

Paytaxtın Suraxanı rayonunda yol nəqliyyatı hadisəsi zamanı bir nəfər xəsarət alıb.

SİA xəbər verir ki, qəza Qaraçuxur qəsəbəsində baş verib.
1949-cu il təvəllüdlü Diləmova Tamara Tanrıverdi qızı yolu keçərkən onu minik avtomobili vurub. Yaralı ağır vəxiyyətdə xəstəxanaya çatdırılıb.
Faktı Suraxanı Rayon Polis İdarəsi araşdırır.