XXI əsrin dəniz quldurları...

30 Noyabr 2021 01:12 (UTC+04:00)

Nigeriya sahillərində neft tankerinə dəniz quldurlarının hücumu nəticəsində 4 nəfər ölüb, 7 ekipaj üzvü qaçırılıb.

SİA xəbər verir ki, ölkənin Bayelsa əyalətinin Nembe-Brass bölgəsində dəniz quldurları neft tankerinə hücum edilblər.

Hücumda gəmidə olan 4 nəfər həlak olub, 7 ekipaj üzvü isə qaçırılıb.

Liman rəhbərliyi təhlükəsizlik qüvvələrinin dənizçiləri tapmaq üçün əməliyyata başladığını açıqlayıb.