Moldova ilə mədəni əlaqələrin inkişafı müzakirə olunub

30 Noyabr 2021 01:02 (UTC+04:00)

Azərbaycan Respublikasının Moldova Respublikasındakı səfiri Qüdsi Osmanov bu ölkənin mədəniyyət naziri Serciu Prodan ilə görüşüb.

SİA xəbər verir ki, müzakirələr zamanı Qüdsi Osmanov Azərbaycan Respublikasının mədəniyyət naziri adından S.Prodanı Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət edib.

Görüşdə, həmçinin ikitərəfli münasibətlərin perspektivləri müzakirə edilib, iki ölkə arasında iqtisadi və mədəni əlaqələrin inkişafının ümumi məqsədi və rəqabətədavamlı yaradıcı sənaye xidmətlərinin inkişafında Azərbaycana yardımın vacibliyi vurğulanıb.

Müzakirə olunan mövzular arasında Azərbaycan Respublikası ilə Moldova Respublikası arasında Dostluq və əməkdaşlıq haqqında dövlətlərarası müqavilənin yenilənməsi, iki ölkənin mədəniyyət günlərinin təşkilində mədəni təcrübə və qabaqcıl praktika mübadiləsinin təmin edilməsi məsələləri də yer alıb.