“Omikron” ştamına ilk yoluxma qeydə alınıb

29 Noyabr 2021 23:33 (UTC+04:00)

İsveçdə koronavirusun “omikron” ştamına ilk yoluxma halı təsdiqlənib.

SİA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Yeni ştam bir həftə əvvəl ölkənin cənubundakı Skane bölgəsində yaşayan bir şəxsdən götürülmüş nümunədə tapılıb.