Türkiyədə "Covid-19"la bağlı son vəziyyət

29 Noyabr 2021 23:10 (UTC+04:00)

Türkiyədə yeni tip korona virusundan (Covid-19) noyabrın 29-da 189 nəfər dünyasını dəyişib.

SİA xəbər verir ki, bir gündə 358 min 816 test edilib. Gündəlik yoluxma sayı 24.317-dir.

Son 24 saatda sağalanların sayı 23.273-dür.

Bu arada, “Covid-19”la mübarizə çərçivəsində birinci, ikinci və üçüncü doza olmaqla ümumi 120 milyon 261 min 629 peyvənd vurulub.