“Qazprom”un xalis gəlirində rekord artım

29 Noyabr 2021 23:00 (UTC+04:00)

SİA xəbər verir ki, bu barədə Qazprom şirkətindən məlyumat yayılıb. Bildirilib ki, 2021-ci ilin üçüncü rübündə şirkətin xalis gəliri 2020-ci ilin müvafiq dövrünə müqayisədə 70% artaraq 2,4 trilyon rubla çatıb. Ötən ilin üçüncü rübündə 251 milyard rubl itirən şirkətin bu ilin eyni dövründə 581,8 milyard rubl (təxminən 7,8 milyard dollar) mənfəətlə rekord qırdığına diqqət çəkilən açıqlamada: “Qazprom”un baş icraçı direktorunun müavini Famil Sadıqov ilin dördüncü rübündə Avropaya təbii qaz tədarükünün daha yüksək qiymətdən davam edəcəyini bunun isə ilin sonundakı gəlir nisbətini rekord seviyyədə artıracağını bildirib”.

Xatırladaq ki, Qazprom-un təbii qaz ixracatından əldə etdiyi gəlir 2020-ci ildə əvvəlki ilə müqayisədə 39,6% azalaraq 25,2 milyard dollar olub.