“Təmiz hidrogen gələcək nəslin enerjisidir”

29 Noyabr 2021 22:55 (UTC+04:00)

Avropa İttifaqı artan təbii qaz qiymətləri nəticəsində yenilənə bilən enerjiylə çıxarılan yaşıl hidrogenin alternativlərindən daha ucuz ola biləcəyindən bəhs etdi.

SİA xəbər verir ki, Aİ Komissiyasının sədri Ursula von der Leyen Belçikanın paytaxtı Brüsseldə təşkil edilən Avropa Hidrogen Həftəsi proqramının açılışında çıxış edərək deyib: “Təmiz hidrogenin gələcəkdə iqlim dostu bir iqtisadiyyata çevrilmədə mərkəzi rol oynayacaq. Bu il dünya səviyyəsində açıqlanan təmiz hidrogen layihələrinin yarıdan çoxu Avropada olub.

İndidən iqtisadiyyatların karbonsuzlaşmasına qatqı təmin edən təmiz hidrogen rəqabətçi olmağa başlayır.

Təbii qaz qiymətlərində gördüyümüz mövcud artım səbəbiylə indiki vaxtda yaşıl hidrogen boz hidrogendən belə daha ucuz ola bilər.

Aİ-nin 2030-cu ilə qədər yaşıl hidrogen istehsalının kiloqram xərcini 1,8 avrodan aşağı endirməyi düşünürük. Bu səbəbdən təmiz hidrogen istehsalını artırmaq və istifadəsini genişləndirmək istəyirik.

Hidrogen yanacaqlı ilk təyyarələr qarşıdakı 10 ildə istifadədə olacaq.

Təmiz hidrogen gələcək nəsilin enerjisidir. 2050-ci ildə iqlimdə neytrallıq hədəfini tutmaq üçün yaşıl çevrilməyə sürət verilməlidir”.