“Qızıl top” mükafatının təqdimetmə mərasimi başlayıb

29 Noyabr 2021 22:49 (UTC+04:00)

Fransanın paytaxtı Parisdə 65-ci “Qızıl top” (Ballon d'Or) mükafatının təqdimetmə mərasimi başlayıb.

SİA-nın xəbərinə görə, canlı yayımlanan tədbirdə 11-30-cu sırada yer alan oyunçuların adları açıqlanıb.

Yaxın saatlarda ilk onluqdakı futbolçuların da adları bəlli olacaq. Bu ilin favoritləri Lionel Messi, Robert Levandovski və Kərim Benzemadır.