Atom bombasından 800 qat güclü asteroid Yerə yaxınlaşır

29 Noyabr 2021 21:56 (UTC+04:00)

Amerika Birləşmiş Ştatları Kosmos və Aeronavtika İdarəsi – NASA Yer kürəsinə yaxınlaşan "2018 AH" adlı meteoridlə əlaqədar xəbərdarlıq etdi.

SİA xəbər verir ki, alimlər asteroidin İkinci Dünya Müharibəsində Yaponiyanın Xirosima şəhərinə atılan atom bombasından 800 qat daha güclü olduğunu bildirib.

Göy cisiminin diametrinin 84-190 metr arasında olduğu təxmin edilir.

NASA isə “2018 AH”ın Yer kürəsinə toqquşmasının çox böyük olacağını düşünmür. Amma əgər meteoritin orbitində bir dəyişiklik olsa, çarpmanın çox ciddi nəticələri ola biləcəyi qeyd edilir.