Vulkan 6 metr sürətlə axmağa davam edir

29 Noyabr 2021 19:26 (UTC+04:00)

La Palma adasındakı aktiv vulkanda yeni lava çatları əmələ gəlib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, yeni çatlarla vulkandan dəqiqədə 6 metr sürətlə lava axır. Vulkanda 10 həftəlik müddətdə ən az 11 yeni lava axını təsbit edilib.

Səlahiyyətlilər La Palmada yeni vulkanik deşiklərin açıldığını və lavaların bu balaca deşiklərdən sürətlə axmağa başladığını açıqlayıb.