Sakit okeanda güclü zəlzələ olub

29 Noyabr 2021 18:21 (UTC+04:00)

ABŞ Geoloji Xidməti (USGC) Yaponiyanın İzu adalarından təxminən 20 km uzaqlıqda, Sakit Okeanda 6,4 bal gücündə zəlzələ baş verdiyini açıqlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Avstraliya Meteorologiya Xidməti isə zəlzələdən sonra sunami təhlükəsinin olmadığını açıqlayıb.