Rasim Quliyevin məhkəmə istintaqı başa çatdı

29 Noyabr 2021 17:00 (UTC+04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) keçmiş Aparat rəhbəri Rasim Quliyevin məhkəmə prosesi davam etdirilib. SİA-nın məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili çıxış edərək Rasim Quliyevin səhhətində problem olduğunu bildirib. Qeyd edilib ki, R.Quliyev hazırda Penitensiar Xidmətin müalicə müəssisində saxlanılır.

Vəkil bildirib ki, bu səbəbdən də R.Quliyev barəsində həbs qətimkan tədbiri dəyişdirilərək ev dustaqlığına buraxılsın.

Prosesdə məhkəmə istintaqı başa çatıb. Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib.

Məhkəmə prosesi dekabrın 9-da davam etdiriləcək.

Qeyd edək ki, Rasim Quliyevə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3-cü (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib