Koronavirusa yoluxanların sayı mindən aşağı düşdü

29 Noyabr 2021 16:35 (UTC+04:00)

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 857 yeni yoluxma faktı qeydə alınıb, 1 091 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan SİA-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 26 nəfər vəfat edib.