Soçi görüşünün nəticələri Azərbaycanın maraqlarına uyğundur

29 Noyabr 2021 14:02 (UTC+04:00)

“Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistan baş naziri Nikolay Paşinyanın və Rusiya Federasiyasının Prezidenti Vladimr Putinin noyabrın 26-da baş tutan Soçi görüşünün nəticəsi olaraq imzaladıqları birgə Bəyanat Prezident İlham Əliyevin növbəti diplomatik uğurudur”. SİA-nın məlumatına görə, bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Rauf Əliyev deyib.

Deputat bildirib ki, sənəddə Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin və iqtisadi inkişafın təmin edilməsi naminə 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyənatlarda qəbul edilmiş bütün müddəaların bundan sonra ardıcıl surətdə yerinə yetirilməsinə və dönmədən riayət olunmasına sadiqlik ifadə olunur. Azərbaycan-Ermənistan sərhədində sabitlik və təhlükəsizlik səviyyəsinin artırılması üzrə tədbirlərin həyata keçirilməsi, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədini delimitasiyası, sonradan tərəflərin sorğusu əsasında Rusiya Federasiyasının yardımı ilə sərhədin demakrasiyası üzrə ikitərəfli komissiya yaradılması barədə razılığa gəlinib. Bəyanatda Azərbaycan, Ermənistan baş nazirlərinin müavinlərinin və Rusiya Federasiyası hökumətinin sədrinin müavininin birgə sədrliyi ilə reqionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə təsis edilmiş Üçtərəfli İşçi Qrupunun fəaliyyəti yüksək qiymətləndirilir və reqionun iqtisadi potensialının üzə çıxarılması məqsədilə konkret layihələrin tezliklə həyata keçirilməsinini zəruriliyi qeyd olunur. Bu o deməkdir ki, kommunikasiya xətlərinin o cümlədən Zəngəzur dəhlizi layihəsi də daxil olmaqla avtomobil və dəmir yollarının açılışı üzrə layihələrin işə salınması barədə qərar qəbul edilib.

Millət vəkilinin sözlərinə görə, noyabrın 26-da keçirilən görüşdən sonra qəbul edilmiş birgə Bəyanatla yanaşı, Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikolay Paşinyan görüşdən sonra mətbuata bəyanatla çıxış ediblər. Qeyd etmək lazımdır ki, həm birgə bəyanatda, həm də dövlət başçılarının bəyanatlarında bir dəfə də olsun “Dağlıq Qarabağ” ifadəsi yer almayıb. Bu o deməkdir ki, artıq Rusiya da, Ermənistan da “Dağlıq Qarabağ” ifadəsindən imtina etməyə razılaşıblar.

YAP İdarə Heyətinin üzvü qeyd edib ki, Soçidə qəbul edilmiş birgə Bəyanat, üçtərəfli görüş çərçivəsində Azəarbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə keçirdiyi ikitərəfi görüş və müzakirə olunan məsələlər Azərbaycan Rusiya münasibətlərinin şox yüksək səviyyədə olduğunu göstərdi: “Cənab Prezident İlham Əliyev mətbuat üçün bəyanatında qeyd etmişdir ki, “Azərbaycan üçün Rusiya dostdur, strateji tərəfdaşdır. Mən deyərdim ki, hətta strateli tərəfdaşlıqdan da artıqdır.Azərbaycan ilə Rusiya arasında etimada əsaslanan münasibətlərin səviyyəsi, o cümlədən ən həssas məsələlər barəsində Ermənistan ilə ortaq fikrə gəlməyimizə şərait yaradır. Düşünürəm ki, görüşümüzün yekununun nəticələri yaxşı olacaq, bu nəticələri çox gözləmək lazım gəlməyəcək, regionda vəziyyət daha təhlükəsiz və proqnozlaşdırılan olacaq”. yap.org.az