Oğuz rayon şəhidi Kamil Atakişiyevin xatirəsi anılıb ANIM

29 Noyabr 2021 13:14 (UTC+04:00)

Vətən müharibəsinin oğuzlu şəhidi, Cəbrayıl, Qubadlı, Laçın fatehlərindən olan Atakişiyev Kamil Araz oğlunun Vətən torpağına tapşırılmasından 1 il ötür. Şəhidimizin anım mərasimi YAP Oğuz rayon təşkilatının əməkdaşlarının, şəhid ailələrinin və qazilərin, rəsmilərin və rayon ictimaiyyətinin, məktəblilərin iştirakı ilə Xaçmaz kənd Şəhidlər xiyabanında və şəhidimizin evində keçirilib. Əvvəlcə şəhidin məzarını ziyarət edən mərasim iştirakçıları şəhidin əziz xatirəsini ehtiramla yad edib, ruhuna dualar oxunub. Sonra şəhidin ailəsində olaraq, onların problemləri ilə maraqlanıb, yaxınlarına səbr diləyiblər.

Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Kamil Atakişiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan 2-ci Qarabağ müharibəsi zamanı Füzulinin, Cəbrayılın, Qubadlının və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Cəbrayılda bir dəfə ayağından yaralanıb, bir neçə gün xəstəxanada yatdıqdan sonra yenidən özü israrla döyüşlərə qatılmışdı. Kamil Atakişiyev noyabrın 5-də Laçın dəhlizində qəhrəmancasına vuruşaraq şəhid olmuşdur. Kamil Atakişiyev noyabrın 27-də Oğuz rayonunun Xaçmaz kənd Şəhidlər Xiyabanında dəfn olunmuşdur.

Kamil Atakişiyev Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın işğal olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Laçının azad olunmasına görə", "Hərbi xidimətlərə görə" medalları ilə təltif olunub.

ZÜMRÜD BAYRAMOVA