YAP Biləsuvar rayon təşkilatının əməkdaşları şəhid ailəsini ziyarət edib

29 Noyabr 2021 10:46 (UTC+04:00)

Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının əməkdaşları və fəalları 28 noyabr 2021- ci il tarixdə Vətən müharibəsində vətənimizin müdafiəsi uğrunda öz canından keçən Biləsuvar rayon Zəhmətabad kəndindən olan şəhid Tağızadə Elçin Ağaqulu oğlunun ildönümü ilə əlaqədar olaraq ailəsini ziyarət ediblər. Daha sonra şəhidin məzarı ziyarət edilib və dərin ehtiramla yad edilərək məzarının üzərinə tər gül dəstələri düzüblər.

Allah rəhmət eləsin!

Rəfiqə