Azərbaycanda yeni ştamm aşkarlanmayıb - RƏSMİ

29 Noyabr 2021 10:35 (UTC+04:00)

Azərbaycanda COVİD-19-un yeni "omikron" ştammı aşkarlanmayıb.

Milli Hematologiya və Transfuziologiya Mərkəzindən SİA-ya verilən məlumata görə, mərkəzin genetika mütəxəssisi Ağa Rza Ağayev bildirib ki, bütün mutasiyalar və əlaqəli ştamlar üzrə yoxlamalara başlanılıb: "Ölkəyə xaricdən daxil olan, həmçinin ölkə ərazisində "cluster" tipli yoluxma görülən və şübhəli bilinən bütün nümunələr toplanılır və analiz edilir. Müvafiq yoxlamalarda hələ yeni ştamm aşkarlanmayıb", - mütəxəssis əlavə edib.