“Avropada enerji qiymətləri süni şəkildə qaldırılır”

29 Noyabr 2021 06:03 (UTC+04:00)

“Avropada enerji qiymətləri süni şəkildə qaldırılır”.

SİA xəbər verir ki, bunu Latviyanın baş naziri Krişyanis Karinş bildirib.

Karinş “Qazprom”un Avropa ilə bağlanmış müqavilələr üzrə öhdəliklərini yerinə yetirdiyini etiraf edib:

“Lakin bu şirkətin Almaniya və Avstriyadakı qaz anbarlarının guya praktiki olaraq boş qaldığı deyilir və bununla da süni qıtlıq yaradaraq qiymətləri yüksəldirlər”.