Kişi ailə üzvü tərəfindən bıçaqlanıb

29 Noyabr 2021 04:09 (UTC+04:00)

Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.

SİA xəbər verir ki, hadisə Gəncə prospektində qeydə alınıb.

1980-ci il təvəllüdlü Mahmudov Eldəniz Qafar oğlu yaşadığı evdə ailə üzvləri ilə mübahisə edib. Mübahisə zamanı o ailə üzvlərindən biri tərəfindən bıçaqlanıb.

Yaralı xəstəxananın reaninasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.