Əlbəyaxa dava zamanı üç bıçaq zərbəsi alıb

29 Noyabr 2021 03:07 (UTC+04:00)

Bakının Sabunçu rayonunda bir nəfər bıçaqlanıb.

SİA xəbər verir ki, hadisə Binə qəsəbəsində baş verib.

1998-ci il təvəllüdlü İsayev Namiq Natiq oğlu tanışı ilə əlbəyaxa dava zamanı ona üç bıçaq zərbəsi vurulub.

Yaralı ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.