"Atletiko" 3 xalı 4 qolla qazandı

29 Noyabr 2021 02:09 (UTC+04:00)

"Atletiko" La Liqada 15-ci tur oyununa çıxıb.

SİA xəbər verir ki, Madrid klubu səfərdə "Kadiz"lə qarşılaşıb və 4:1 hesabı ilə qalib gəlib.

"Kadiz" - "Atletiko" - 1:4
Qollar: Lemar, 56 (0:1), Qrizmann, 70 (0:2), Korrea, 76 (0:3), Oblak, 86 (1:3)

Bu qələbə ilə xalını 29-a çatdıran Dieqo Simeonenin baş məşqçisi olduğu komanda turnir cədvəlində 3-cü pilləyə yüksəlib. Turnir cədvəlinə 33 xalla "Real" başçılıq edir.