Zəngəzur dəhlizinin əhəmiyyəti göz qabağındadır - Türkiyə Prezidenti

28 Noyabr 2021 15:33 (UTC+04:00)

Ölkəmizlə regionumuz arasında birbaşa avtomobil əlaqəsi yaradacaq Zəngəzur dəhlizinin əhəmiyyəti göz qabağındadır.

SİA-nın məlumatına görə bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aşqabadda İƏT-in XV Zirvə toplantısında çıxışında deyib.

O bildirib ki regionumuzda nəqliyyat infrastrukturunun inkişafı və müasir İpək Yolunun canlandırılması istiqamətində səylərimiz ardı-arası kəsilmədən davam edir.

“Türkiyənin rəhbərlik etdiyi Xəzərdən keçən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) və Bakı-Tbilisi-Qars dəmir yolu xətti bu kontekstdə səylərimizin ən konkret təzahürüdür. Ölkəmizlə regionumuz arasında birbaşa avtomobil əlaqəsi yaradacaq Zəngəzur dəhlizinin əhəmiyyəti göz qabağındadır”, - deyə o qeyd edib.