Prezident İlham Əliyev İƏT XV Zirvə Toplantısının iştirakçılarının şərəfinə verilən rəsmi naharda iştirak edib

28 Noyabr 2021 15:28 (UTC+04:00)

Noyabrın 28-də Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun adından İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısında iştirak edən dövlət, hökumət və nümayəndə heyətləri başçılarının şərəfinə rəsmi nahar verilib.

SİA xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev naharda iştirak edib.