Bakıda məcburi köçkünlərin məskunlaşdığı bina yanıb

28 Noyabr 2021 09:18 (UTC+04:00)

Bakı şəhərinin Binəqədi rayonunda məcburi köçkünlərin məskunlaşdığı beşmərtəbəli binanın ikinci mərtəbəsinin pilləkən qəfəsində elektrik kabeli 10 p.m yanıb.

Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, yanğın zamanı tüstü dolmuş mənzillərdən 20 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.