Bıçaqlananlardan biri hadisə yerində ölüb

28 Noyabr 2021 08:25 (UTC+04:00)

Paytaxtın Sabunçu rayonunda qətl hadisəsi baş verib.
SİA xəbər verir ki, hadisə “Komsomol dairəsi” kimi tanınan ərazidə baş verib.

2000-ci il təvəllüdlü Əliyev Fərid Şahvələd oğlu və onun dostu Əliyev İrşad İlqar oğlu naməlum şəxslərlə əlbəyaxa dava zamanı bıçaqlanıb. Bıçaq zərbəsi F.Əliyevin ürəyinə tuş gəldiyi üçün o hadisə yerində ölüb. Yaralı İ.Əliyev xəstəxanaya çatdırılıb.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət işi başlanılıb.