COVID-ə qarşı revaksinasiya mütamadi olacaq

28 Noyabr 2021 08:08 (UTC+04:00)

Çox güman ki, ildə bir dəfə koronavirusa qarşı gücləndirici peyvənd vurulması tələb olunacaq.

SİA xəbər verir ki, bunu Ümumdünya Tibb Assosiasiyasının sədri Frank Ulrix Montqomeri deyib.

Onun sözlərinə görə, revaksinasiya immun müdafiəni artırır. Amma bu müdafiənin nə qədər davam edəcəyi hələ dəqiq bilinmir, və ola bilsin ki, bunu hər il təkrarlamaq lazım olsun.

Montqomeri bildirib ki, vətəndaşa müəyyən vaxt ərzində təkrar peyvənd olunmadığına görə qüvvədən düşən vaksin sertifikatlarının verilməsinin lehinədi. Misal üçün, Almaniyada koronavirusa ilk peyvəndlər keçən ilin dekabr ayında vurulmağa başlayıb, ancaq onlara verilən sertifikatlar indiki vaxta qədər etibarlı sayılır.