Düşməni izləyə bilən daş ixtira olunub

28 Noyabr 2021 07:54 (UTC+04:00)

Rusiyanın Voronej şəhərində olan Hərbi Hava Qüvvələri Akademiyasının kursantları Rusiyanın düşmənlərini izləyən daş hazırlayıblar.

SİA xəbər verir ki, xarici görünüşcə çaylaq daşına bənzəyən qurğu nəzarət sistemi ilə təchiz edilib. Tırtıllı daş qara torpaqdan rahat keçə bilir.

“Hərəkət sensorundan siqnal işə salındıqda daş “canlanır” – kamera, mikrofon... Belə film çəkilişi on beş saat çəkə bilər. Operator iki kilometr məsafədə ola bilər. Hər şeyi qərargaha göndərir”, - deyə bununla bağlı məlumatda deyilir.