Vaksin sertifikatları ilə bağlı referendum

28 Noyabr 2021 07:22 (UTC+04:00)

Bu gün İsveçrədə vaksin sertifikatları ilə bağlı referendum keçiriləcək.

SİA-nın xəbərinə görə, referenduma cəmi 1 məsələ çıxarılıb: “Siz Federasiya Şurasının 19 mart 2021-ci ildə qəbul etdiyi Covid-19 qanununun dəyişdirilməsinə razısınızmı?”
İsveçrə analoji səsverməni həyata keçirən ilk ölkədir. Fransızdilli medianın məlumatına görə, bu referendum vaksin əleyhdarı olan 3 QHT tərəfindən gündəmə gətirilib və kifayət qədər tərəfdaş toplaya bilib. Onların başlıca tələbi vaksin sertifikatlarının (Covid-19 pasportu) ləğv edilməsidir.

Ekspertlərin fikrincə, əhali təklifin lehinə səs versə belə, bunun ciddi əhəmiyyəti olmayacaq. Vaksin sertifikatı ölkə daxilində ləğv olunsa belə, ölkəni tərk edərkən bu sənəd hələ azı 1 il lazım olacaq.