ABŞ-ın Tennesi ştatında atışma baş verib...

28 Noyabr 2021 06:17 (UTC+04:00)

ABŞ-ın Tennessi ştatının Neşvill şəhərində mənzildə baş verən atışma nəticəsində üç nəfər ölüb, dörd nəfər yaralanıb.

SİA xəbər verir ki, şəhər polisi hazırda yaralıların həyatına hər-hansı təhlükə olmadığını bildirib.

Hüquq-mühafizə orqanları hadisənin təffərüatlarını araşdırırlar. Atışma baş verən mənzildən 2 ədad tapança aşkar edilərək götürülüb.