Xavinin rəhbərliyi altında üç oyunda iki qələbə

28 Noyabr 2021 04:17 (UTC+04:00)

İspaniya çempionatının 15-ci turu çərçivəsində "Barselona" səfərdə "Vilyarreal"ı 3:1 hesabı ilə məğlub edib.

SİA xəbər verir ki, "Barselona"nın heyətində Frenkie De Yonq (48-ci dəqiqə), Memfis Depay (88) və Filip Koutinyo (94) qol vurub. Qonaqlardan nigeriyalı yarımmüdafiəçi Samuel Çukvuese 76-cı dəqiqədə fərqlənib.

"Barselona" noyabrın 6-da yeni baş məşqçi təyin olunan Xavinin rəhbərliyi altında üçüncü rəsmi görüşünü keçirib. Bundan əvvəl "Barselona" İspaniya çempionatının 14-cü turu çərçivəsində səfərdə "Espanyol"u məğlub edib (1:0), Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda isə Portuqaliya "Benfika"sı ilə heç-heçə edib (1:1). Xavi ilə müqavilə 2024-cü ilin yayına kimi nəzərdə tutulub.

Xavi "Barselona"nın yetirməsidir, o, 1998-ci ildə əsas komandada debüt edib və 2015-ci ilə qədər bu komandada çıxış edib. Bu müddət ərzində o, səkkiz dəfə İspaniya çempionluğu, üç İspaniya Kuboku və dörd Çempionlar Liqasında qalibiyyət də daxil olmaqla 25 titul qazanıb.