Fransada etirazlarda 20 000 nəfər iştirak edib

28 Noyabr 2021 03:26 (UTC+04:00)

Fransada sanitar məhdudiyyətlərə qarşı bir çox şəhərdə etirazlar aksiyaları keçirilib.

SIA-nın “Figaro”ya istinadla xəbərinə görə, ümumilikdə 155 şəhərdə etiraz aksiyaları keçirilib.
Daxili İşlər Nazirliyinin statistikasına görə iştirakçıların ümumi sayı 20 000 nəfər olub. Sarı gödəkçəlilər hərəkatının yaydığı məlumatda isə aksiyalarda iştirak edənlərin sayının 61 min nəfəri keçdiyi bildirilir.

Fransanın əsas ərazisindəki etirazlar sakit keçsə də, dənizaşırı ərazilərdəki nümayişlər ictimai asayişin ciddi şəkildə pozulması ilə xarakterizə olunur.