Niderlandda 61 nəfər karantinə alınıb

28 Noyabr 2021 03:54 (UTC+04:00)

Cənubi Afrika Respublikasından Niderlanda səfər edən 61 nəfərin hamısının koronavirus testi müsbət çıxıb.

SIA-nın xəbərinə görə, təhlükəli variantın ölkəyə ayaq açmasından narahat olan qurumlar həmin sərnişinləri Sxiphol hava limanı yaxınlığındakı oteldə karantinə alıb.
Onların Covid-19-un yeni variantına yoluxub-yoluxmadığı dəqiqləşdirilir.