Türkiyədə iki dəfə zəlzələ olub

28 Noyabr 2021 02:58 (UTC+04:00)

Türkiyənin Van əyalətində iki dəfə zəlzələ baş verib.

SİA xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar Tuşba rayonunda yerli vaxtla saat 22:20-də 3,7 bal gücündə qeydə alınıb. Zəlzələ ocağı 15,7 km dərinlikdə yerləşib.

Bundan bir qədər sonra, Tuşbada saat 22:31-də 2,5 bal gücündə daha bir zəlzələ qeydə alınıb.